Rusiya və Kanada Xarici İşlər Nazirliklərinin nümayəndələri uzun müddətdən sonra ilk dəfə bağlı qapılar arxasında görüşüblər.
Bu barədə informasiyanı “Röyter” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
Agentlik görüşün noyabrın 1-də baş tutduğunu bildirib. Bunun üçün Moskvaya Mark Qvozdetskinin rəhbərliyi altında gələn Kanada nümayəndə heyəti burada Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkovla görüşüb. Görüşdə əsas müzakirə mövzusu Ukrayna böhranı olub.




