Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və türkiyəli həmkarı Sədat Önal İstanbulda məsləhətləşmələr aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Cənubi Qafqazda yaxın vaxtlarda “3+3” mexanizminin işə salınması məsələsi müzakirə olunub.
Bakı və İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Yaxın gələcəkdə Cənubi Qafqaz üçün “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran) regional məsləhətçi mexanizminin işə salınmasının aktuallığı vurğulanıb”, – deyə məlumatda qeyd olunub.




