Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcəyi iddiası Rusiyanı narahat edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov buna reaksiya verib.
Elchi.az bu barədə “Trthaber.com.tr”-yə istinadən məlumat verir.
Lavrov məsələ ilə bağı deyib: “Yunanıstanın S-300-ləri heç kimə təhvil verməyə haqqı yoxdur”.
Lavrov Ukrayna ilə danışıqlarda ABŞ-ı günahlandırıb.
Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən Yunanıstan və Rusiya bir neçə dəfə üz-üzə gəliblər. Yunan mətbuatında yer alan “Afinanın Ukraynaya S-300 hava hücumundan müdafiə sistemini verməyə hazırlaşdığı iddiası” Moskvanı narahat edən məsələlərdən biridir.
Rusiya xarici işlər naziri Sergey Lavrov xatırladıb ki, S-300 hava hücumundan müdafiə sistemləri əvvəlcə Cənubi Kiprdə yerləşdirilib, nəhayət Yunanıstana çatdırılması planlaşdırılıb.
Lavrov Yunanıstanın Rusiyanın icazəsi olmadan S-300-ləri başqa ölkəyə təhvil vermək hüququna malik olmadığını vurğulayıb.
“Müqaviləyə görə, Yunanıstanın bizim icazəmiz olmadan bu sistemləri köçürməyə haqqı yoxdur. Biz bunu yunanlara xatırlatdıq”,-deyə Lavrov bildirib.
Rusiya xarici işlər naziri bildirib ki, Yunanıstanın cavabı öz öhdəliklərinə diqqət yetirməsi olub. Rusiyalı nazir ABŞ-ın “Patriot” sistemlərini Ukraynaya göndərmək qərarına da toxunub:
“Birləşmiş Ştatlar Patriotdan istifadə üçün Ukraynaya ekspertlər göndərməyi planlaşdırmır”,-deyə Lavrov vurğulayıb.
Yeganə





