ABŞ Dövlət Departamenti Ukraynanın bəzi ərazilərinin Rusiyaya birləşdirilməsi prosesinə cavab olaraq antirusiya sanksiyalarının sərtləşdirilməsi üçün bütün variantları nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib.
“Əlbəttə, bütün variantlar müzakirə olunur. Ukraynadakı vəhşiliyə və müharibənin davam etdirilməsinə, son saxta referendumlara və bu ərazilərin Rusiyaya birləşdirilməsi cəhdlərinə cavab olaraq Rusiya üçün əlavə sanksiyalar nəzərdən keçirilir. Biz bu barədə hələ ki, öncədən nəsə anons verə bilmərik”, – o bildirib.
Qeyd edək ki, bu gün Kremldə Xerson, Zaporojye, Donetsk və Luqans vilayətlərinin Rusiyaya birləşdirilməsinin rəsmiləşəcəyi mərasiminin keçiriləcəyi gözlənilir.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




