Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk Kiyev hakimiyyətinin viza rejiminin tətbiqinə görə Moskvanın ukraynalılardan qisas almayacağına söz verib. Elchi.az xəbər verir ki, o, bu barədə RİA Novosti-yə müsahibəsində bildirib.
Departament nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfi insan təmaslarının saxlanmasına mane olmaq niyyətində deyil. O
Polişçuk qeyd edib ki, rusların əksəriyyətinin Rusiyadakı ukraynalılar kimi Ukraynada da qohumları var. “Kiyev rejiminin vəzifəsi bunu mümkün qədər çətinləşdirmək və hətta aralarındakı istənilən əlaqəni dayandırmaqdır. Axı, insanlar sərbəst ünsiyyət qurmağa, bir-biri ilə səyahət etməyə davam etsələr, Ukrayna xalqını Rusiya və ruslar haqqında saxtakarlıqla qidalandırmaq çətin olacaq”.
Qeyd edək ki, 2022-ci il iyunun 17-də Ukrayna prezidenti Vladimir Zelenski iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq olunacağını elan edib. Bu ideyanı Ukrayna Nazirlər Kabineti təsdiqləyib.
Havar Şəfiyeva





