Londonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi fonunda Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın müvəqqəti işlər vəkilini çağırıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz Ukraynada sülhün olmasını və Rusiya qoşunlarının Ukraynanı tərk etməsini istəyirik”, – diplomat nazirliyin binasına daxil olmazdan əvvəl deyib.
Bundan əvvəl Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyalar siyahısını 14 yeni vəzifə ilə genişləndirib. Londonun sanksiyalarına Donetsk Xalq Respublikasında insan Hüquqları üzrə Müvəkkili Darya Morozova, həmçinin DXR-in Uşaq Ombudsmanı Eleonora Fedorenko və Başqırdıstan Respublikası hökumətinin baş nazirinin müavini Lenara İvanova da daxildir.
Havar Şəfiyeva






