Rusiyanın Xarici işlər İşlər Naziri Fransa prezidenti Emmanuel Makronun Cənubi Afrikadakı tədbirə gəlmək istəyi ilə bağlı yayılan xəbərləri yüksək qiymətləndirib. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
Eyni zamanda nazir müavini qeyd edib ki, BRİKS sammitində Moskvaya qarşı düşmənçilik siyasəti yürüdən dövlət başçılarının iştirakı yersizdir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa liderinin təşəbbüsünü şərh edib. O, Parisi Makronun Cənubi Afrikaya mümkün səfərinin məqsədi və səbəbini Moskvaya izah etməyə çağırıb.
Fransa liderinin Cənubi Afrikadan olan həmkarı Siril Ramafosadan avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitinə gəlməsinə icazə verməsini istəməsi iyunun 12-də məlum olub. Yelisey sarayındakı mənbələrin məlumatına görə, iki ölkə başçıları iyunun 3-də telefon danışıqları zamanı məsələni müzakirə ediblər.
Havar Şəfiyeva






