Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin müsahibəsində Ukrayna ilə danışıqların mümkünlüyünü qiymətləndirib. Onun sözlərinə görə, Kiyevlə sülh yolu ilə nizamlanması üçün heç bir ilkin şərt yoxdur. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Diplomat vurğulayıb ki, Moskva bir sıra ölkələrin sülh prosesinə yardım etmək istəyini yüksək qiymətləndirir. O qeyd edib ki, bir çox təkliflər, məsələn, Çin planı Rusiyanın yanaşmalarına uyğun gəlir.
Qaluzin sözlərinə görə, Rusiyanın fikirləri bölünməz təhlükəsizlik məkanı yaratmaq, NATO-nu şərqə doğru genişləndirməmək və beynəlxalq hüquq normalarına riayət etmək ideyaları ilə üst-üstə düşür.
Qeyd edək ki, Qaluzin bir müddət əvvəl Moskvanın Kiyevi və ona silah vuran Qərb ölkələrini Ukrayna Silahlı Qüvvələrinin planlaşdırdığı əks-hücumun acı nəticələri barədə xəbərdar etdiyini bildirib.
Havar Şəfiyeva






