"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya XİN: Azərbaycanla Ermənistan arasında etno-konfessional təmaslara başlanılıb

25 Aprel 2022 - 14:14
in ÖNƏMLİ

Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi Rusiyanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və onun həyata keçirilməsi heç bir xarici şəraitin dəyişməsindən asılı deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Dördüncü MDB ölkələri Departamentinin rəhbəri Denis Qonçar bildirib.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Onun sözlərinə görə, bu istiqamətdə əsas element Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatları əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməkdir.

“Məlum olduğu kimi, 2020-ci ilin noyabr ayında atəşkəsin təmin edilməsi məqsədilə Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində yerləşdirilib. Bizim sülhməramlılarımız həm də dinc həyatın bərqərar olmasına – humanitar yardımın çatdırılmasına, infrastrukturun bərpasına, əraziləri minalardan təmizləməyə kömək edirlər.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatların icrası çərçivəsində bir sıra vəzifələr həll edilir. Söhbət Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasından, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasından gedir. Xüsusilə, biz ikitərəfli Sərhəd Delimitasiyası Komissiyasına məşvərətçi yardımı göstərməyə və lazımi kartoqrafiya materiallarını təqdim etməyə hazırıq.

Biz Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat infrastrukturunun bərpası və inkişafı üzrə konkret layihələrin mümkün qədər tez razılaşdırılmasına doğru gedirik. Bundan əlavə, Rusiyanın himayəsi ilə iki ölkənin vətəndaş cəmiyyətinin xətti ilə etno-konfessional dialoq və təmaslara başlanılıb. Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına kömək edirik.

Rusiya tərəfi ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün Bakıya və İrəvana bundan sonra da hər cür kömək etməyə qərarlıdır. Eyni zamanda, biz üçüncü ölkələrin bizim üçtərəfli səylərimizi tamamlaya biləcək, geosiyasi oyunlar məntiqinə əsaslanmayan təşəbbüslərini alqışlayırıq.

Təəssüflər olsun ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda bir sıra Qərb mediası və ekspert dairələrinin Cənubi Qafqazda gərginliyin dərəcəsinin artırılmasına çağırışlar etdiyini görürük. Göründüyü kimi, bizim cənub sərhədlərimizdə Rusiyaya əlavə problemlər yaratmaq üçün onun sülhməramlı səylərinə zərbə vurmaq və bununla da, bu regionda öz mövqelərini gücləndirmək lazımdır. Düşünmürük ki, mövcud qüvvələr balansının dəyişməsi Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət edəcək” – rusiyalı diplomat vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransa səfiri: “Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına real ehtimal var”

Next Post

QMİ sədri İsveçdə Quranın yandırılmasını pisləyib

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
QMİ sədri İsveçdə Quranın yandırılmasını pisləyib

QMİ sədri İsveçdə Quranın yandırılmasını pisləyib

Azərbaycan bu il neft emalını azaldacaq – PROQNOZ

Azərbaycan bu il neft emalını azaldacaq - PROQNOZ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.