Qarabağla bağlı üçtərəfli razılaşmalara riayət olunmasına sadiqlik regionda uzunmüddətli sülh və sabitlik faktorudur.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunan bəyanatında bildirilib.
Qeyd olunub ki, Rusiya və Azərbaycan Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir: “9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli bəyanatlara sadiqlik bu regionda uzunmüddətli sülh, sabitlik və rifahı təmin etmək üçün nəzərdə tutulmuş qeyd-şərtsiz amil olaraq qalır”.






