Tokionun dağıdıcı addımları Rusiya ilə münasibətlərin korlanmasına səbəb olur. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir müavini Andrey Rudenko ilə Yaponiyanın Rusiyadakı səfiri Akira Muto arasında söhbəti barədə məlumat verilib.
“Rusiya tərəfi baş nazir Fumio Kişida administrasiyasının münasibətlərin korlanmasına səbəb olan davam edən destruktiv addımlarını qeyd edir”, – deyə departamentin bəyanatında qeyd olunur.
Həmçinin qeyd edilir ki, Yaponiya tərəfi Asiya-Sakit okean regionunda gərginliyin artması ilə bağlı ciddi risklər yaradır.
Havar Şəfiyeva






