Keçən il Rusiyada əhalinin təbii artımı cəmi 5343 nəfər olub.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin sədr müavini Nikolay Qovorin söyləyib.
“Təəssüf edirəm ki, 2016-cı ildə doğuş 2015-ci ildən 50880 nəfər az olub. 2016-cı ildə Rusiyada dünyaya cəmi 5343 uşaq gəlib. 2017-ci ildə ölkə əhalisi 146,8 milyon nəfər olub. Əhalinin artımı isə yalnız miqrasiya sayəsində olub. Yaxın xaricdən Rusiyaya 250 min nəfər köçüb. Bunun təkcə 120 min nəfərini ukraynalılar təşkil edib”, – o bildirib.



