Ötən gün, 2022-ci il dekabrın 26-na olan məlumata görə, Rusiyada bir gün əvvəl 5335 nəfərə qarşı 5197 koronavirusa yoluxma halı qeydə alınıb. Dekabrın 25-də koronavirusdan ölənlərin sayı müvafiq olaraq 59-a çatıb. Bu barədə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargah məlumat yayıb.
Elchi.az xəbər verir ki, Ümumilikdə, pandemiyanın başlandığı gündən dekabrın 26-na müvafiq olaraq 21 774 824 yoluxma, 393 492 ölüm halı qeydə alınıb.
Sağalanların sayı bir gün əvvəl 5 577 nəfərə qarşı 7 692 nəfər artaraq 21 176 667 nəfərə çatıb.
Xəstəxanaya yerləşdirilənlərin sayı bir gün əvvəl 528 ilə müqayisədə 1262 hadisəyə çatıb ki, bu da əvvəlki günə nisbətən 139% artım deməkdir. Xəstəxanaya yerləşdirilənlərin sayı 8 rayonda azalıb, 63-də artıb, 14-də vəziyyət dəyişməyib.
Xatırladaq ki, Çində koronavirus qiyamətinin başladığı barədə dünya mediası 2022-ci il dekabrın 20-də məlumat vermişdi. Çin Milli Səhiyyə Komissiyasının qapalı iclasının protokollarına istinad edən Bloomberg-in məlumatına görə, dekabrın əvvəlindən Çində 248 milyon insan xəstələnib. Bu da nə çox, nə də az, Çin əhalisinin 18 faizini təşkil edir. Cəmi bir gündə – dekabrın 20-də 37 milyon insan COVID-19-a yoluxub.
Şayəstə






