Son 24 saat ərzində 40 nəfər ölüb.
Elchi.az xəbər verir ki, 29 yanvar 2023-cü il, bazar günü COVID-19 ilə Mübarizə üzrə Operativ Qərargahın məlumatına görə, Rusiyada son sutka ərzində 6941 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
Ən çox yoluxma Moskvada qeydə alınıb, burada gündə 1967 hadisə aşkarlanıb. İnfeksiyaların sayına görə ikinci yerdə 728 nəfərdə infeksiya aşkarlanan Sankt-Peterburq, üçüncü yerdə isə Moskva vilayəti qərarlaşıb – 284 yeni xəstə var.
Rusiyada son 24 saat ərzində koronavirusa yoluxan 40 nəfər ölüb, 495 xəstə isə infeksiya ilə xəstəxanalara yerləşdirilib. 3612 nəfər koronavirusdan sağalıb.
Belə ki, COVID-19 pandemiyasının başlanğıcından indiyədək Rusiyada 21 938 421 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. 394 984 nəfər ölüb, 21 339 316 nəfər infeksiyadan sağalıb.
Xatırladaq ki, daha əvvəl Rusiyada Kraken koronavirusunun omikron ştammının variantı ilə ilk xəstəlik halı aşkar edilmişdi. KP.RU saytı onun haradan gəldiyini, nə dərəcədə yoluxucu və təhlükəli olduğunu, simptomların nə olduğunu və necə müalicə olunacağını öyrənib.
Şayəstə





