"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyada 9 milyarda otellər tikən azərbaycanlı deputat kimdir?

29 Fevral 2024 - 09:32
in GÜNDƏM

Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.
Elchi.az xəbər verir ki, kurortun rəhbəri Yevgeni Bakulin azərbaycanlı investorun ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağladığını bildirib.
Vurğulanıb ki, bu vəsaitə 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
Bakulin artıq Jeleznovodskda Azərbaycan sərmayələrinin uğurla icrasının şahidi olduqlarını da xatırladıb.
Qeyd edək ki, Jeleznovodskda Azərbaycan sərmayəsi yatıran və Bakulinin dediyi kimi, uğurlu iş görən şəxs sabiq deputat, biznesmen Əsabil Qasımovdur.
O, 2021-ci ildə burada ən böyük kurortlarından biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sağlamlıq kurortunu istifadəyə vermişdi. Sanatoriyanın yataq tutumu 500 çarpayıdır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubldan artıqdır.
Əsabil Qasımov açılışda da iştirak etmişdi.
Ə.Qasımov 2016-ci ildə Yessentukidə də 1.5 milyard rubl investisiya hesabına 400 yerlik “İstoçnik” sanatoriyasını açmışdı.
Əsabil Qasımov “Karat Holdinq”in sahibidir. Şirkət 2006-cı ildə yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznesini yaxınlarına tapşırmışdı.
“Karat Holdinq”ə bu şirkətlər daxildir:
– Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri);
– “Azinvest” tikinti şirkəti;
– “Everest-M”, “Şin Servis” (armatur alqı-satqısı);
– Karmen MMC (dəyirman və un alğı-satqısı);
– Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki;
– ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);
– Gəncə Fatoğlu (un dəyirmanı);
– Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli;
– Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;
– Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ Saray”;
– Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;
– İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;
– Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market”.
Əsabil Qasımov 2020-ci ilə qədər deputat olub.
“Karat Holdinq”in Rusiyada biznesi bununla kifayətlənmir: bundan öncə şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və “Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.
Paralel olaraq, “Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən “Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.
Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən “Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xankəndi-Bakı ultra marafonu başladı

Next Post

Norveçdə helikopter qəzası: 6 nəfər okeana düşüb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Norveçdə helikopter qəzası: 6 nəfər okeana düşüb

Norveçdə helikopter qəzası: 6 nəfər okeana düşüb

“Azeri Light” markalı neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 87 dollardan aşağı düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.