Rusiyada ABŞ dollarının məzənnəsi 100 rubldan aşağı düşüb.
Elchi.az-ın “Mosbirja”ya istinadən verdiyi xəbərə görə, ABŞ valyutasının məzənnəsi martın 3-dən ilk dəfə olaraq 100 rubldan aşağı düşüb.
Qeyd edək ki, Ukrayna müharibəsi fonunda Qərbin Rusiyaya tətbiq etdiyi müxtəlif sanksiyalara görə Rusiya rublu dollar və avroya nisbətdə kəskin ucuzlaşıb.






