Rusiyada dünyanın ən böyük “fəst-fud” şəbəkələrindən biri olan Makdonalds restoranlar şəbəkəsinin daha 7 filialı
bağlanıb.
bağlanıb.Axar.az xəbər verir ki, Ukrayna böhranı və Qərb ölkələrinin tətbiq etdiyi sanksiya səbəbi ilə bu addımı atan Rusiya bunu qida təhlükəsizliyi yoxlamaları adı altında həyata keçirib.
Restoran rəhbərliyinin verdiyi açıqlamada güclü yoxlamaların getdiyi, yoxlama aparıldıqdan sonra restoranların bir-bir bağlanıldığı qeyd edilib. Rəhbərlik sentyabrın ilk günlərində 18 filialının təmirə bağlanacağını da bildirib.
Xatırldaq ki, Rusiyada sözügedən şəbəkənin 440-dan çox filialı var.



