Rusiyanın “Kommersant” qəzeti yazır ki, Rusiyanın baş naziri Mixail Mişustin nağılları, rəqsləri, bilinaları, sənətkarlıqları, ritualları, adət və ənənələri özündə əks etdirən qeyri-maddi dəyərlər obyektləri reyestrinin yaradılması haqqında qərar imzalayıb.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, siyahı hər kəs üçün əlçatan olan internet resursunda yerləşdiriləcək.
Onun hazırlanmasına Mədəniyyət Nazirliyi cavabdehdir. Oxşar registrlər Rusiya Federasiyasının bütün subyektlərində yaradılacaq.
“Hər kəs üçün əlçatan olan informasiya resursunun yaradılması qeyri-maddi dəyərlərin öyrənilməsini, istifadəsini, qorunub saxlanmasını və ictimailəşdirilməsini asanlaşdıracaq. Reyestrdə nadir ənənəvi mədəniyyətin bu və ya digər obyektinin mənşəyi, onun yayılma yeri, daşıyıcıları və qoruyucuları haqqında məlumatlar yer alacaq”, -deyə Mişustinin imzaladığı sənəddə qeyd olunub.
Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında Rusiya prezidenti Vladimir Putin nağılların, rəqslərin, bilinaların, sənətkarlıqların və digər qeyri-maddi dəyərlərin reyestrinin yaradılmasına göstəriş verib. Onun imzaladığı qanunda qeyd olunub ki, dövlət orqanları ölkədə mövcud olan ayin və adət-ənənələrin təbliği və qorunub saxlanılması üçün səy göstərməlidirlər.
Yeganə





