Rusiyanın Saxa (Yakutiya) Respublikasında An-2 təyyarəsi yoxa çıxıb.
TASS xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən təyyarənin gözlənilən vaxtda təyinat nöqtəsinə eniş etmədiyi bildirilib.
Müəyyən olunub ki, göyərtəsində 3 nəfər (iki ekipaj üzvü, bir sərnişin, 1 ton yük) olan təyyarə Us Xatın-Vertikalnıy-Us Xatın marşrutu üzrə hərəkət etməliymiş.
Axtarışlara Mi-8 vertolyotu cəlb olunub.
Bundan başqa, özəl şirkətə məxsus olan təyyarənin axtarışlarına göyərtəsində xilasedicilər olan An-26 təyyarəsi də qoşulub.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...






