Fevralın 25-də Rusiyada dövriyyədə olan nağd pulun həcmi müşahidələr dövrü ərzində rekord səviyyədə – 1,4 trln. rubl artıb.
Bu, onunla bağlıdır ki, banklar kassa və bankomatlar üçün nağd pul yığır, əhali isə öz vəsaitlərini banklardan çıxarır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) son günlər ölkədə nağd pula tələbatın artdığını və onu ödəmək üçün banklara nağd pulun emissiyasını artırdığını bildirmişdi. Fevralın 24-də nağd pulun dövriyyədəki həcmi cəmi 111,3 mlrd. rubl artıb.
Xatırladaq ki, bu gün Rusiya Bankının İdarə Heyəti növbədənkənar iclasda uçot dərəcəsini 20%-ə qaldırıb. Bu, tarixi maksimumdur.






