
Rusiyanın Omsk vilayətində hərbi hissənin kazarmasının uçması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, dağıntılar altından çıxarılan 39 nəfərdən 20-si dünyasını dəyişib.
Yaralılardan 10-u təyyarəylə Omskdan Moskvaya göndərilib.



