Elchi.az xəbər verir ki, Rusiyada 2022-ci il oktyabrın 13-dən bəri ilk dəfə olaraq gündə 15 mindən çox yeni növ koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb. Məlumata görə, ölkədə 15 359 yeni COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə 17 fevral 2023-cü il, cümə günü Pandemiya üzrə Əməliyyat Qərargahı məlumat yayıb.
Operativ Qərargahın məlumatına görə, ötən gün ərzində 38 ölüm faktı təsdiqlənib, 11 245 nəfər sağalmaqla əlaqədar evə buraxılıb ki, bu da ötən cümə axşamı, fevralın 16-na olan göstəricidən 0,9% çoxdur. Xəstəxanaya yerləşdirilənlərin sayı isə əksinə, azalıb. Son 24 saat ərzində 1510 nəfər xəstəxanaya yerləşdirilib ki, bu da ötən günlə müqayisədə 0,4% azdır.
Belə ki, 17 fevral 2023-cü il cümə günü vəziyyətinə ölkədə bütün pandemiya dövründə koronavirusa yoluxanların ümumi sayı 22 137 084 nəfərə çatıb, 395 727 nəfər COVID-19 qurbanı olub, 21 484 054 nəfər sağalıb.
Şayəstə





