Rusiyada illik əsasda inflyasiya noyabrın 21-dən noyabrın 27-dək olan dövrdə bir həftə əvvəlki 7,28%-ə qarşı 7,54%-ə qədər sürətlənib.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin dərc etdiyi cari qiymət vəziyyətinin icmalında deyilir.
Eyni zamanda, həftəlik əsasda inflyasiya 0,33%, ərzaq seqmentində 0,44% təşkil edib.
Meyvə-tərəvəz və qeyri-ərzaq məhsulları üzrə qiymət artımı tempi azalıb, xidmətlər sektorunda isə əksinə, daxili reyslərə aviabiletlərin qiymətinin artması ilə əlaqədar qiymət artımı qeydə alınıb.
Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatı inflyasiya hədəflərinə çatan kimi Rusiya Bankının pul siyasətini daha da yumşaltmalı olduğu fikrini şərh edib.
Yeganə






