Oktyabrın sonunda dəniz yolu ilə ixrac edilən Rusiya kömürünün ümumi həcmi illik ifadədə yüzdə 42 azalaraq 11,5 milyon tona düşüb. Elchi.az xəbər verir ki, bu barədə “Kommersant” “Kpler” analitiklərinin məlumatlarına istinadən xəbər verir.
Rusiya Federasiyasından olan əsas yanacaq istehlakçıları – Çin və Hindistan alışlarını müvafiq olaraq 32 və 41 faiz azaldaraq, 4,4 və 1,1 milyon tona çatdırıblar. Ekspertlər Çindən idxalın kəskin azalmasını ölkədəki böyük kömür ehtiyatları ilə əlaqələndiriblər. Hindistanda dinamika noyabrın 12-də Divali bayramı ilə əlaqədar yerli bazarda aktivliyin azalması ilə bağlı olub. Ümumilikdə, 2023-cü ilin on ayının nəticələrinə əsasən, Rusiya kömürünün dəniz ixracının ümumi həcmi iki faiz artaraq 147 milyon ton təşkil edib, Kpler yekunlaşdırıb.
Havar Şəfiyeva






