Rusiyada son sutka ərzində daha 180 071 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Elchi.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.
Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12 810 118 nəfərə çatıb.
Son sutka ərzində 661 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 335 414 nəfərə çatıb.






