İnquşetiyanın ən iri şəhəri olan Nazranda, “Nasır-Kortov” məscidinin yaxınlığında partlayış baş verib.
Bu barədə TASS xəbər verir.
Məlumata əsasən məscidin yaxınlığında minik avtomobili partlayıb. Hadisə cümə namazı vaxtı baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var.




