Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunun sözçüsü Konstantin Kosaçev Rusiya universitetlərinə
girən xarici tələbələrin sayının illik 20 minə çatdırılacağını açıqlayıb.
Axar.az xəbər verir ki, universitet məzunların 2-ci dünya konqresində çıxış edən Kosaçev ali təhsil müəssisələrində xarici tələbələrin təhsil alması üçün şərtlərin sadələşdiriləcəyini bildirib.
Dünya üzrə xaricdə oxuyan tələbələrin təqribən 3 faizinin Rusiyada olduğunu deyən universitet rəsmisi bu rəqəmin digər inkişaf etmiş ölkələrlə müqayisədə cüzi olduğunu bildirib.
Onun sözlərinə görə, Sovet və Rusiya universitetlərini bitirən xarici tələbələrin ümumi sayı 1 milyonu ötüb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...



