Rusiyanın Çindəki səfirliyinin nazir müşaviri , Rusiyanın “ŞƏT” Katibliyindəki daimi nümayəndəsi Natalya Stepkina Qərbin dünyada dominant rolunun itirilməsinə işarə edib .
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Stepkino bu sözləri 11-ci Ümumdünya Sülh Forumunda çıxışı zamanı deyib.
Eyni zamanda, daha ədalətli və çoxqütblü dünya nizamının qurulmasına təkan var, Stepkina qeyd edib. Onun sözlərinə görə, Latın Amerikası, Asiya, Afrika və Yaxın Şərqdə yeni mərkəzlər yaranır. “Ona görə də BRİKS kimi təşkilatların onların diqqətini cəlb etməsi təəccüblü deyil. BRİKS beynəlxalq dünya nizamının sütunlarından birinə çevrilib”, o əlavə edib.
Nuranə Məmmədova




