
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin cinayət işi üzrə iki nəfər Azərbaycan vətəndaşı adam öldürməkdə ittiham olunurlar.
İstintaq zamanı müəyyən edilib ki, ötən ilin dekabr ayında “Praqa” kafesinin qarşısında dava baş verib. Dava iştirakçılarından biri kafedə olan əcnəbilərin qarşı tərəfin tanışları olduğunu düşünüb və bu üzdən münaqişə böyüyüb. Əlbəyaxa zamanı Azərbaycan vətəndaşı Rəşad İsmayılov cibindən çıxardığı bıçaqla dava iştirakçılarından birini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Azər Nəcəfov isə digərini bıcaqla vursa da, kişi yerə yıxılıb və özünü ölülüyə vurub. Müstəntiqlərin fikrincə, məhz buna görə də bu şəxs sağ qalıb.
R. İsmayılovu 20 il, A. Nəcəfovu isə 6-15 il həbs cəzası gözləyir.



