Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukuyev ölkədə istehlak mallarının daha yüksək dinamikalı qiymət artımını proqnoz edir. Musavat.com-un Rusiya
informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bununla belə, ilin sonu üçün o, inflyasiyanın 10%-ni keçməyəcəyini söyləyib.
informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bununla belə, ilin sonu üçün o, inflyasiyanın 10%-ni keçməyəcəyini söyləyib.Lakin sürətli qiymət artımını proqnoz edən nazir konkret rəqəmlər söyləməyib. Az öncə Ulyukuyev ilin sonu üçün inflyasiyanın 8,5%, yalnız gələn ilin 1-ci rübü üçün ikirəqəmli ola biləcəyini demişdi.
Maliyyə naziri Anton Siluanov da gələn ilin əvvəli üçün inflyasiyasının ikirəqəmli olacağını proqnozlaşdırmışdı.



