Rusiya Müdafiə Nazirliyi Voronej vilayətində Su-34 qırıcı təyyarəsinin qəzaya uğradığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, yerli vaxtla saat 10:00 radələrində planlaşdırılmış təlim uçuşu zamanı Voronej vilayətində Su-34 qırıcısının qəzaya uğradığı və 2 nəfərlik heyətin oturacağı ilə xəsarət almadan xilas olduğu bildirilib.
Açıqlamada təyyarənin qəsəbədən uzaqda qəzaya uğradığı bildirilib və uçuşun döyüş sursatı olmadan həyata keçirildiyi paylaşılıb.
Açıqlamada, ilkin təsbitlərə görə, sözügedən hadisənin texniki səbəblərdən baş verə biləcəyi bildirilib.
Şayəstə Hüseynova




