Rusiyada son sutka ərzində daha 177 282 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Elchi.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.
Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12 630 047 nəfərə çatıb.
Son sutka ərzində 714 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 334 753 nəfərə çatıb.






