Rusiya hökuməti yanvarın 1-dən etibarən qüvvəyə minəcək Türkiyənin ərzaq məhsullarına qarşı embarqo səbəbilə rus iş dünyasının nümayəndələrinə xəbərdarlıq məktubu göndərib.
Avropa.info xəbər verir ki, Rusiya Federal Rəqabət Qurumu (FAS) tərəfindən göndərilən məktubda iş adamlarına Türkiyədən məhsul gəlişinin qadağan olunması səbəbindən qiymətləri qaldırmama xəbərdarlığı edilib.
Bundan başqa türk iş adamları ilə qeyri-qanuni əməliyyatların təqib ediləcəyi haqda da xəbərdarlıq edilib.
Məktubun xüsusilə Türkiyədən ərzaq məhsulları gətirən iri holdinqlərə göndərildiyi bildirilir.
Rusiyanın müxalif mətbuatının yazdığına görə, iş adamları bu qərardan narazıdırlar.