"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyadakı soydaşlarımız geri dönsə…

10 Dekabr 2014 - 15:29
in GÜNDƏM
Vahid Əhmədov: “Rusiyada çalışan azərbaycanlıların kütləvi şəkildə geriyə qayıtması real deyil”img1693137
 
Samir Əliyev: “Soydaşlarımız geri dönsə,  ən çox regionlarda sosial gərginlik yaranacaq” 
Rusiyada hökm sürən iqtisadi böhranın bu ölkədə yaşayan soydaşlarımızın durumuna da təsirsiz ötüşməyib. İqtisadçı ekspertlər Rusiyada iqtisadı böhranın bu cür davam edəcəyi halda oradakı soydaşlarımızın kütləvi halda ölkəyə dönməsini istisna etmir.
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Samir Əliyevin fikrincə, Rusiya yaşayan azərbaycanlıların kütləvi şəkildə ölkəyə dönməsi gözlənilən deyil: “Statistikaya görə, təxminən  iki milyona yaxın vətəndaşımız Rusiyada işləyir. Rəsmi məlumatlara görə, həmin şəxslər il ərzində ən azı 1,2 milyard dollar həcmində vəsaiti bank vasitəsilə Azərbaycandakı ailələrinə göndərirlər. Qeyri-rəsmi yollarla göndərilən vəsaitləri də nəzərə alsaq, söhbət 2,5- 3 milyard vəsaitin ölkəyə daxil olmasından gedir. Bu vəsait də əsasən, Azərbaycanda regionlarda yaşayan insanların gəlirlərinin əsas hissəsini təşkil edir. Çünki Rusiyaya qazanc dalınca gedənlərin əksəriyyəti məhz regionlardan gedənlərdir. İndi isə rubl ucuzlaşıb. İlin əvvəlində hər min  rubl  23 manat dəyərində idisə, indi bu 14 manata düşüb. Bu o deməkdir ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin dəyəri də hər min rubla görə, 9 manat azalıb.  Eyni zamanda Rusiyada iqtisadi mühitin pisləşməsi, istər satış, istər xidmət sektorunda çalışanların qazanclarını da ciddi şəkildə azalıb. Belə olan halda, nəzəri baxımdan yanaşsaq  oradakı azərbaycanlılar ölkəyə geri dönməlidirlər. Ancaq mən inanmıram ki, kütləvi qayıdış baş versin”.
İqtisadi ekspert onu da qeyd etdi ki, ölkəyə qayıdan soydaşlarımızın buradakı durumu da zamanla çətinləşə bilər: “Ölkəyə qayıdanlar orada qazandıqları vəsait hesabına müəyyən müddət dolanacaqlar. Kimi əlindəki pulla burada ev alıb kirayə verəcək, kimisi ailəsini dolandıracaq. Bu baxımdan ilk zamanlarda ciddi narahatlıq olmayacaq. Ancaq 4-5 ay sonra onların büdcəsində ciddi problemlər yaranacaq. Bir tərəfdən işsizliyin artması, digər tərəfdən gəlirin olmaması sosial baxımdan çox çətin vəziyyət yaradacaq. Ən çox regionlarda sosial gərginlik yaranacaq. Bu durum cinayətkarlığın artmasını da şərtləndirə bilər”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyadakı vətəndaşlarımızın kütləvi şəkildə dönəcəyi real deyil: “Son zamanlar Rusiyaya qarşı olan sanksiyalar orada yaşayan işləyən azərbaycanlılara da təsirsiz ötüşməyib. Rus rublu manata nisbətdə təxminən  1,5 dəfə dəyərdən düşüb. Bütün bunlar orada işləyən soydaşlarımıza da təsir göstərir. Ötən gün Moskvada yaşayan azərbaycanlılardan bir neçəsi yerli telekanallara müsahibəsində bildirdi ki, əgər növbəti ayda da vəziyyət düzəlməsə, ola bilər ki, vətənimizə qayıdaq. Bu gözlənilən haldır. İldə bir neçə dəfə bu baş verir. Rusiyada müəyyən hadisələr baş verir, vətəndaşlarımız geri qayıdır. Bu dəfə də ciddi bir axın olmasa da, müəyyən sayda insan ölkəyə qayıdacaq. Azərbaycan hökuməti bu kimi durumlara hər zaman hazırdır”.

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan dünyanın ən hərbiləşmiş ölkələrinin ilk onluğunda…

Next Post

Mübariz Mənsimov “Xəzər-Lənkəran”dan imtina etdi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Mübariz Mənsimov "Xəzər-Lənkəran”dan imtina etdi

Britaniyanın baş naziri ABŞ-ı əxlaqsız adlandırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.