Rusiyadan Azərbaycana gələn 2 aviareys dayandırıldı

>

Bunu da oxuyun

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” aviaşirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini ləğv edib.

Elchi.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Sankt-Peterburq – Qəbələ və Jukovski – Gəncə reyslərinə icazə ləğv edilib.

Bu qərara daşıyıcı tərəfindən uçuşların müəyyən edilmiş müddət ərzində həyata keçirilməməsi səbəb olub.

Qeyd edək ki, “VİM-Avia” ötən ilin oktyabrında borcları ilə əlaqədar olaraq bütün uçuşları dayandırmışdı.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728