"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyadan başqa hamı susur, niyə?

06 Oktyabr 2022 - 14:00
in MÖVQE

“Təfəkkürünə və digər göstəricilərinə görə ancaq əyalətdə, özü də müvəqqəti istifadəyə yarayan Araik Harutyunyanın beynəlxalq dərəcəli fırıldaqçı Ruben Vardanyana məhz Praqa görüşləri( Əliyev-Paşinyan, Ərdoğan-Paşinyan) öncəsi “dövlət naziri” postu təklif etməsi elə-belə deyildi. Həmən gün Rusiyanın səfiri Sergey Kopırkin İrəvanda media qarşısına çıxaraq ölkəsinin Ermənistandan üz döndərmədiyini, regionu da tərk etmək niyyətində olmadığını açıqladı ki, hər kəs bu təklifin arxasında kimin durduğunu, nə üçün verildiyini bilsin”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev FB hesabında qeyd edib:

“Ruben Vardanyanın məhz Moskvanın razılığıyla Qarabağda peyda oduğu, ələbttə, kimsəyə sirr deyildi. Və əgər Harutyunyan ona de-fakto “baş nazir” vəzifəsi təklif edirsə, bu, həm də o deməkdir ki, Qarabağdakı separatçı rejim üzərində kontrol da artıq tam Moskvanın əlindədir.
Amma mən Vardanyanı boş yerə beynəlxalq dərəcli fırıldaqçı kimi təqdim etmədim. Yəni bu adam o tiplərdəndir ki, hətta çox-çox yüksəkdəkilərin “incə” tapşırıqlarını yerinə yetirəndə belə həmişə öz oynunu da oynayıb. Yoxsa kasıb bir hay dığasının Rusiyada çox da gəlir vəd etməyən işlə uğraşıb da qısa müddətdə milyarderə çevrilməsi mümkünsüzdü.
İndi o, Qarabağda da tapşırıq yerinə yetirməklə yanaşı həm də öz oynunu oynayır. Nensi Pelosi, ondan yuxarıda və aşağıda duran demokratların haylara, o sıradan da Qarabağdakılara yardım arzusuyla necə alışıb-yandıqlarını, amma ABŞ-ın dövlət ənənəsində bunu başqalarının əli ilə etməyə üstünlük verildiyini yaxşı bildiyindən bir az pul xərcləməklə milyardlarını qərbin sanksiyalarından qurtarmağa çalışır.
Yəni baxmayaraq ona “dövlət naziri” postu təklifinin arxasında Rusiya durur, ən azından bu, ABŞ-dakılara da əl verir. Və təkcə bayaq dediyim səbəbə görə yox, başqa səbəb də var ki, məhz o üzdən Paşinyanla komandasındakılar da səslərini çıxarmırlar. Halbuki Vardanyanın gələcəkdə Ermənistanın başına gətirilməsi üçün Qarabağa atıldığını onlar hər kəsdən daha yaxşı anlayırlar.
Anlayır və susurlar. Yəqin Rusiyanın onu qərbə bağlılardan ibarət komanda yaratmağa qoymayacağına əmindirlər. Belədə isə ABŞ-ın Ermənistanda get-gedə artan təsirini də nəzərə alaraq demək olar ki, hərbi çevrilişsiz beynəlxalq dərəcəli fırıldaqçının ora baş nazirliyinin baş tutması çox çətindir”.

Parlament üzvünün fikrincə, Vardanyanın Xankəndində eşələnməsi Paşinyan üçün elə də böyük təhlükə vəd etmir, əksinə onu bir az rahtaladır:

“Axı o, çoxdandır ölkəsinin deyil də, məhz Rusiyanın Qarabağda Azərbaycanla üz-üzə gəlməsinə çalışırdı. Vardanyanın “dövlət naziri” qoyulmasını isə yəqin buna yol açacaq addımlardan biri kimi qiymətləndirir. Zənnimcə, Vaşinqtondakılar da oxşar düşüncədədirlər və onlar da çox istərdilər ki, Azərbaycanla Türkiyəni Rusiya ilə toqquşdursunlar.
Xatırladaq ki, Vardanyan özü də haradasa bir ay bundan qabaq “Forbes”a verdiyi intervüdə “Arsax”ın statusu tam dəqiqləşmədiyindən orada hər hansı post tutmaqla Rusiyanı pis vəziyyətdə qoymaq istəmədiyini demişdi. Əgər o, uydurma rejimin “dövlət naziri” vəzifəsinə razılaşacaqsa( cox güman ki, bu haqda açıqlama bəlli səbəbdən Praqa görüşündən sonraya saxlanıb), demək, Rusiya “pis vəziyyətdə qoyulmaq”qərarına gəlib. Ona görə də Harutyunyana “təyin et”, Vardanyana isə “razı ol” əmri verilib.
Vardanyanın “dövlət naziri” qoyulmaqlığına Azərbaycanda hələlik ciddi reaksiya verilməməsinin isə iki izahı var. Birincisi, bizim üçün Harutyunyan, yaxud da Xankəndindəki uydurma rejimin hər hansı başqa bir üzvü ilə Vardanyan arasında heç bir fərq yoxdur. Heç kimdirlər, müvəqqətidirlər, digər haylar qalıb yaşasalar da, onlar oradan rədd olacaqlar. Bizim üçün önəmli olan beynəlxalq dərəcəli fırıldaqçının “dövlət naziri” təyinatının ardından Rusiyanın Qarabağda hansı addımları atacağıdır. Reaksiya məhz o zaman üzə çıxacaq.
İkincisi, Vardanyandan öncə bəzi hay kökənli varlılar Azərbaycanın işğal altındakı torpaqlarında nəsə tikmiş, yol salmışdılar. İndi həmən yol kimin xidmətindədir? O tikililərin çoxu hardadır? Qoy Vardanyan da Qarabağda nə tikir-tiksin. Hamısı Azərbaycana, etnik kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına qalacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İçki və siqaretə görə ƏDV qaytarılması dayandırıldı

Next Post

ABŞ-ın “cavab” atəşi: atdığı raket öz bazasına düşdü – Video

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
ABŞ-ın “cavab” atəşi: atdığı raket öz bazasına düşdü – Video

ABŞ-ın “cavab” atəşi: atdığı raket öz bazasına düşdü - Video

Azərbaycan Brüssel formatını dəstəkləyir – Prezident

Azərbaycan Brüssel formatını dəstəkləyir - Prezident

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.