Moldova polisi cinayətkar qrupdan 200 qram uran götürüb. Onlar bu radoaktiv maddəni xaricdə satmağı planlaşdırıbmış.
Elchi.az-ın “Bi-Bi-Si”-yə istinadən məlumatına görə,Moldova polisinin yüksək vəzifəli təmsilçisi İon Bodruq jurnalistlərə deyib ki, uran qatarla Rusiyadan ölkəyə gətirilib.
Radioaktiv yük özəl konteynerə yerləşdirilib.
Uranın zənginləşdirilmiş olması və ondan nüvə silahı hazırlanmasında istifadə edilməsi hələ ki müəyyən edilməyib.
Polis bildirb ki, xarici həmkarları ilə birlikdə keçirilən əməliyyat nəticəsində 11 nəfərlik qaçaqmalçı qrupun 7 üzvü tutulub.



