Rusiyadan müharibə xəbərdarlığı: “Azərbaycan buna cavab verəcəcək”

Bunu da oxuyun

Rusiyadan müharibə xəbərdarlığı: "Azərbaycan buna cavab verəcəcək"

“Nənənin və nəvənin həlak olması Azərbaycan xalqının qəzəbinə səbəb oldu. Azərbaycan bu təxribata cavab verəcəcək”.

“Qaynarinfo” xəbər verir ki, bu sözləri Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatasanın üzvü Sergey Markov deyib.

“Vestnik kavkaza” danışan Markov Qarabağda aprel döyüşlərinin təkrarlanmasını istisna etmir: “Hesab edirəm ki, Qarabağda aprel müharibəsi modeli üzrə yeni toqquşmalar baş verə bilər. Özü də bu dəfə daha ciddi miqyasda… Ehtimal edirəm ki, İrəvan müharibə üçün ən sərfli anı seçib”.

O, balaca Zəhra və nənəsinin qətlini Xocalı soyqırımı ilə müqayisə edib: “Qoşunların təmas xəttində yalnız azərbaycanlılar yaşayır. Ermənistan işğal etdiyi əraziləri gələcək mübadilə üçün boş saxlayır. Bu hücumun Xocalı üslubunda qəsdən törədildiyi görünür. Döyüşlərin yenilənməsi qaçınılmazdır”.

Markov ATƏT-in Mins Qrupunu təcili fəaliyyətə başlamağa çağırıb: “Həmsədrlər yeni müharibənin qarşısını almaq üçün təcili fəaliyyətə başlamalıdır. İstənilən an genişmiqyaslı döyüşlər başlaya bilər”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728