"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyadan şərh: “Rəsmi Moskva 5 rayonun azad edilməsinə çalışır”

24 Aprel 2016 - 07:01
in XƏBƏR LENTİ

Rusiyadan şərh: "Rəsmi Moskva 5 rayonun azad edilməsinə çalışır"

“Rusiyanın Qarabağ nizamlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilə Qarabağın statusu məsələləri ayrıca nəzərdə tutulur”.  

Bu barədə “Qazeta.ru” nəşri Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfərinin nəticələrini şərh edərkən yazıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Nəşr “yeni plan”ın mahiyyətini Rusiya hakimiyyətinə yaxın mənbələr vasitəsilə öyrənməyə çalışıb.

Mənbələrin informasiyasına görə, Dağlıq Qarabağ probleminin qısa perspektivdə həlli ilin sonunadək işğal altındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması üçün rəsmi İrəvana təzyiqləri nəzərdə tutur.   “Yerdə qalan iki rayon (Laçın və Kəlbəcər – red.) isə daha sonra qaytarıla bilər.

Qeyd edək ki, həmin iki rayon da Dağlıq Qarabağa bitişikdir. Bunun qarşılığında Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin blokadası götürülməlidir” – nəşr qeyd edib.

“Dağlıq Qarabağın kimə məxsusluğu tezliklə müəyyən edilməyəcək və bu artıq gələcək nəsillərin işidir” – Rusiya elitasındakı yüksək çinli mənbələrdən biri nəşrə bildirib.

Ancaq Ermənistan rəhbərliyinə yaxın həmsöhbət “Qazeta.ru”ya deyib ki, bu plana İrəvanda müqavimət doğurub: “Ermənilər ehtiyat edir ki, Azərbaycan tərəfi bir neçə rayonu alandan sonra daha irəli gedəcək. Ona görə də Ermənistan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusu ilə bağlamaqda təkid edir”.

“Rayonların bir hissəsini qaytarıb, oradan “DQR” qüvvələrini çıxarıb, Qarabağın statusu məsələsini sonraya saxlamaq mümkün deyil. Axı, o halda zərbə altında Stepanakert (Xankəndi-red.) qalacaq. 4 günlük aprel müharibəsi göstərdi ki, Bakı təhlükəsizlik zəmanəti verə bilməz. Neft dolları axınının güclənməsi və Türkiyə ilə müttəfiqlikdə Azərbaycan bu müharibədə daha da irəli gedə bilər” – Ermənistan rəhbərliyinə yaxın qaynaq bildirib.
Nəşrin yazdığına görə, başqa bir erməni qaynağı etiraf edir ki, Moskva Serj Sərkisyana güclü təzyiq eləsə, sonuncu mürəkkəb daxili siyasi və iqtisadi vəziyyət üzündən dalana düşə və yekun etibarilə iqtisadi qazancların qarşılığında rayonların qaytarılmasına gedə bilər.

“Məsələ ondadır ki, o halda Sərkisyan siyasi karyerasını dəfn eləmiş olacaq. Bunu xalqa o, necə izah edəcək” – mənbə ardınca ritorik sual edib.

“Situasiyanı qəlizləşdirən həm də odur ki, prezident Sərkisyanın özü Qarabağ klanının nümayəndəsidir” – nəşr sonda vurğulayır.
Qeyd edək ki, az öncə Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin səlahiyyətli şəxslərindən sayılan Sergey Markov “Kazan formulu” əsasında ilin sonunadək 5 rayonun qaytarılacağını, azərbaycanlı köçkünlərin elə bu il öz yurd yerlərinə qayıdacağını söyləmişdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanın sabiq baş naziri: `Azərbaycan bizi əzdi`

Next Post

`Rusiyaya qarşı sanksiyalar götürülə bilər` – Obama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Rusiyaya qarşı sanksiyalar götürülə bilər` - Obama

Azərbaycan  5 zonaya bölündü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.