2016-cı ildə neftin qiyməti 30 dollara qədər düşə bilər.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu proqnozla Rusiyanın maliyyə naziri Anton Siluanov Tatarıstanın maliyyə və vergi orqanlarının kollegiya iclasında çıxış edib.
“Biz büdcəni qəbul etməyə vaxt tapmadıq. Görürük ki, makroiqtisadiyyatda vəziyyət yaxşı olmayan istiqamətdə dəyişir. Neftin bir barelinin qiyməti hazırda təxminən 36-37 dollardır. Bundan sonra nə olacağı bəlli deyil”, – nazir bildirib.
Anton Siluanovun sözlərinə görə, dünya bazarında neftin qiymətinin azalmasına İran neftinin bazara çıxışı da təsir edə bilər.
“Bizə bir il əvvəl desəydilər ki, neftin qiyməti 40 dollardan da aşağı olacaq, yəqin ki, hamı sadəcə gülərdi. Buna görə də bizim çətin vaxtlara hazırlaşmağımız lazımdır”, – rusiyalı nazir xəbərdarlıq edib.




