Rusiyanın ən azı 10 diplomatı İsveçdə casusluq fəaliyyəti ilə məşğul olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveç Kəşfiyyat Təşkilatının (SAPO) 2015-ci ilə dair hesabatında bildirilir. Qurumun şefi Tornberg Rusiyanın İsveçə qarşı psixoloji müharibə apardığını deyib.
Onun sözlərinə görə, İsveçdə vəzifə yerinə yetirən ən azı 10 rus diplomatı Rusiya üçün casusluq edib. Tornberg qeyd edib ki, rus diplomatları ölkə siyasəti, iqtisadiyyatı, texnologiyası və hərbi sirləri də daxil olmaqla bir çox mövzu ilə bağlı araşdırmalar aparıb.




