"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyalı ekspert: “Sarqsyan Azərbaycan ərazilərini geri qaytarmalı olacaq”

28 İyul 2016 - 14:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Aleksey Fenenko: Moskvada Ermənistan prezidenti Serj Sarqsyana qarşı narazılıqlar artır

“Dağlıq Qarabağ münaqişəsində Rusiyanın rəsmi mövqeyi Ermənistandan çox Azərbaycanın mövqeyinə yaxındır”.

“Report” xəbər verir ki, bu sözləri Rusiyanın “Mediametrics” radiostansiyasına müsahibəsində Rusiyanın Valday klubunun eksperti, Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi işçisi, Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasət fakültəsinin dosenti Aleksey Fenenko deyib.

“Rusiyanın mövqeyi üç hissədən ibarətdir. Birincisi, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirik. İkincisi, biz problemin hərbi yolla həllinə qarşıyıq. Üçüncüsü, Rusiya və KTMT-nin Ermənistana verdiyi zəmanətlərin heç biri Qarabağ məsələsində qüvvəyə minmir. Bunu anlamaq üçün təkcə Rusiya Xarici işlər Nazirliyinin bəyanatını oxumaq kifayətdir”, – deyə rusiyalı ekspert bildirib.

Onun sözlərinə görə, Moskvada Sarqsyana qarşı narazılıqlar artır. “Ancaq Ermənistana daimi təzyiq eləsək ölkə, sadəcə, partlayacaq və biz anti-Rusiya meyilli daha bir dövlətlə qarşılaşacağıq”, – deyə o vurğulayıb.

A.Fenenkonun fikrincə, aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi problemin Madrid prinsipləri əsasında həllinin mümkünlüyünü birdəfəlik “dəfn etdi” və açıq-aydın Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.

“Azərbaycan göstərdi ki, müharibənin taleyi bu illələrdə Ermənistanda çoxlarının düşündüyü kimi, hələ həll olunmayıb. Üstəlik, Azərbaycan hərbi əməliyyatların başlayacağı təqdirdə real ön cəbhəni yarıb müharibəni Qarabağın dərinliyində davam etdirə biləcəyini göstərdi”, – deyə o bildirib.

Rusiyalı ekspert Moskvanın Azərbaycanla müqayisdə Ermənistana daha çox təzyiq göstərdiyini söyləyib.

“Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana geri qaytarmalı olacaq”, – deyə politoloq bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların detallarının niyə ciddi şəkildə sirr kimi saxlanılmasıyla bağlı suala A.Fenenko Rusiyanın Ermənistanda buna göstəriləcək reaksiyadan çəkindiyini bildirərək cavab verib.

O, eyni zamanda Rusiya hakimiyyətinin ölkə ictimaiyyətində Kremlin daha bir müttəfiqini satması ittihamı ilə baş qaldıracaq narazılıqdan da qorxduğuna işarə vurub. “Ona görə də hər hansı konkretlik vəziyyəti axarından çıxara bilər”, – deyə ekspert vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putindən Krımla bağlı mühüm qərar

Next Post

6 ayda 31 ton yarasız ət aşkarlanıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

6 ayda 31 ton yarasız ət aşkarlanıb

İran niyə Bakını yox, İrəvanı seçdi? - ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.