Ukrayna Silahlı Qüvvələrinin Berdyanska raket hücumu nəticəsində Cənub Hərbi Dairəsinin komandirinin müavini vəzifəsini icra edən general-leytenant Oleq Tsokov ölüb.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Qurulev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramının efirində bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hələlik Tsokovun ölümü ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin Berdyansk şəhərinə endirdiyi raket zərbələri iyulun 11-i axşam saatlarında məlum olub.
Havar Şəfiyeva





