"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyalı milyarder Qarabağa köçməsinin əsl səbəbini açıqladı

12 İyul 2015 - 12:57
in XƏBƏR LENTİ

Rusiyalı milyarder Qarabağa köçməsinin əsl səbəbini açıqladı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanda “qara siyahı”ya salınan rusiyalı iş adamı German Sterliqov Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa köçmək barədə qərarının səbəblərini açıqlayıb.
“Report” xəbər verir ki, o “Komsomolskaya pravda” nəşrinə müsahibəsində ailəsi üçün dəfələrlə təhlükənin yarandığını bildirib.
“Bunlar sifarişlə görülən işlərdir. Məni və ailəmi yox etmək istəyirlər. Ona görə mən bəxtimi sınamaq istəmədim və bura çıxıb gəldim”, — deyə Sterliqov bildirib.
Sterliqovun sözlərinə görə, o, əvvəlcə Ukraynanın hazırda separatçıların nəzarətində olan Luqansk vilayətinə yollanmaq istəsə də, sonradan oranı xoşlamadığını diqqətə çatdırıb.
Sonda işğal altında olan Şuşa şəhərinin 27 km-dəki Şırlan kəndi ərazisində qərar tutmalı olan iş adamı Qarabağdakı gələcək biznes planlarından da danışıb:
“Qarabağ Rusiya şəhərləri üçün həm də təmiz və ucuz məhsul mənbəyidir. Burada o qədər cürbəcür meyvə və tərəvəzlər var ki, onları emal edib Rusiyaya aparmaq lazımdır. Burada elə təmiz və faydalı şirələr, kampotlar, şərablar istehsal etmək olar ki, Moskva bunların dadına baxsa, orada satılan kimyəvi məhsullardan imtina edəcək”.
Azərbaycanın Xarici İşlər Nazirliyi biznesmen German Sterliqovun adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
XİN-in bəyanatında bildirilir ki, ziddiyyətli bioqrafiyası olan German Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirklu pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu, yəqin ki bilməmiş deyildi: “Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşada “insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. “İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən bir milyondan artıq azərbaycanlının faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır. Onun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirmək barədə təxribatçı açıqlaması bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz “özünü reklam” cəhdindən başqa bir şey deyildir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Araz Ağalarov: “Emin hər həftə onların yanına uçur”

Next Post

Sabah güclü külək olacaq- Xəbərdarlıq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sabah güclü külək olacaq- Xəbərdarlıq

Rus deputat: "ABŞ oliqarxlar vasitəsilə Putinə qarşı qiyam hazırlayır" - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.