Rusiyanın “Su-24” təyyarəsinin vurulmasından sonra katapult edən ikinci rusiyalı pilotu öldürdüyünü iddia edən Alparslan Çelik Türkiyənin İzmir vilayətində həbs edilib.
AzVision.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, A.Çelikdən başqa 14 nəfər də saxlanılıb. Aalarında A. Çelikin də olduğu 14 nəfər martın 30-da axşam saatlarında İzmir şəhərində restoranda yemək yeyərkən tutulub.
Saxlanılanlardan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 tapança və çoxlu sayda patron aşkarlanaraq götürülüb.



