LifeNews telekanalı fevralın 29-da Moskvada 5 yaşlı uşağın başını kəsən və evi yandıran Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovanın dindirilməsinin fraqmentini yayımlayıb.
Videoda qadın 12 il birlikdə yaşadığı birinci ərinin onu küçəyə atdığından, 3 uşağını isə qohumlarının əlindən aldığından danışır.
Qeyd edək ki, ötən gün Moskva metrosunda dəhşət dolu anlar yaşanıb. Əlində kəsilmiş uşaq başı tutan qadın Moskva metrosunda saxlanılıb.
Qara geyimli qadın əlində uşaq başı tutaraq “Allahu Əkbər” deyə qışqırıb. Həmçinin polisləri özünü partladacağı ilə hədələdiyib.
Polislər metronun giriş-çıxışını bağlayıblar. Məlum olub ki, həmin qadın dörd yaşlı qızın ölümündə şübhəli bilinən dayədir. 38 yaşlı qadın Özbəkistan vətəndaşıdır.
Dayə uşağın başını kəsəndən sonra evi yandırıb. Yanğınsöndürənlər alovu dəf etdikdən sonra hadisə yerindən başı kəsilmiş 3-4 yaşlı qızın meyiti tapılıb. İlkin məlumata görə, uşaq öldürüldükdən sonra həmin şəxs bilərəkdən mənzilə od vurub.
https://youtu.be/Rn5OhLntVPc




