"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyanı məhv edəcək sanksiya

06 Dekabr 2014 - 14:28
in İQTİSADİYYAT

“Rusiyanın SWIFT sistemindən çıxarılmasını iqtisadi savaş kimi də qiymətləndirmək olar”.1416951242
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

 

O, Rusiyanın SWIFT sistemindən çıxarılmasının iqtisadiyyatın çökməsinə səbəb olacağını bildirib:

 

“Rusiyanın SWIFT sistemindən çıxarılması praktik olaraq rus banklarının beynəlxalq sövdələşmələri və transferləri həyata keçirə bilməməsi deməkdir. Xatırlayırsınızsa, İranla bağlı da ABŞ belə bir sanksiya tətbiq etmişdi. Ölkənin SWIFT sistemindən çıxarılması sanksiyalar içərisində ən ağırı hesab olunur. Bu, ölkənin xarici ticarət əlaqəsinin məhv olmasına səbəb olur ki, nəticədə də iqtisadiyyatı dağılır. Bu sanksiyada əsas məqsəd ölkə iqtisadiyyatında durğunluğa nail olmaq və həmin dövləti qlobal iqtisadiyyatdan təcrid etməkdir. Rusiya banklarına belə bir şey tətbiq olunsa, onda ölkənin iqtisadiyyatı qısa zaman içərisində çökəcək; rus şirkətlərinə xarici ticarət əlaqələrini, rus banklarına xarici sövdələşmələri həyata keçirməyə imkan verməyəcək. Bu, Moskva üçün kifayət qədər böyük zərbə olardı”.
İqtisadçı Rusiyaya qarşı bu tip sanksiyaların Azərbaycana böyük təsir etməyəcəyini deyib:
“Rusiyaya belə bir sanksiyanın tətbiq edilməsi Azərbaycana da təsir göstərəcək. O mənada ki, Rusiyada yaşayan azərbaycanlıların Azərbaycana ödənişlərində problem yaradacaq. SWIFT sistemi olmadığına görə azərbaycanlılar banklar vasitəsilə pul göndərmək imkanına malik olmayacaqlar. Azərbaycan, əlbəttə, ticarət əlaqəsində olduğu ölkələrə bu sanksiyanın tətbiqinin tərəfdarı deyil. Bu, Azərbaycanla Rusiya arasında olan bank sövdələşmələrində də problem yarada bilər. Amma ümumilikdə bu sanksiyalar Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməyəcək”.
Qeyd edək ki, Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin bir müddət öncə verdiyi bəyanatında Rusiya banklarının beynəlxalq ödəmə sistemi olan SWIFT-dən uzaqlaşdırılması barədə ABŞ-ın apardığı müzakirələrin müsbət yekunlaşacağı təqdirdə, bu sanksiyanın müharibə kimi başa düşüləcəyini demişdi.
Onu da xatırladaq ki, SWIFT ümumdünya banklararası telekomunikasiyadır. Gün ərzində bu sistemdən orta hesabla 6 trilyon dollar keçir. Burada təxminən 210 ölkənin 10 min maliyyə təşkilatı iştirak edir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Haiti Putini köməyə çağırır

Next Post

Deputatlarımız Afinaya gedəcəklər

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Deputatlarımız Afinaya gedəcəklər

Benzinin qiymətilə bağlı şad xəbər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.