Rusiyanın ən böyük yükdaşıyan şirkəti Volqa-Dnepr Hava Yolları Rusiya əleyhinə sanksiyalara görə Kanadaya qarşı iddia qaldırıb. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, şirkət xüsusi hərbi əməliyyatın başlaması ilə bağlı olmadığı üçün səhvən sanksiyalar siyahısına daxil edildiyini iddia edir.
Qeyd olunur ki, Kanadada ələ keçirilən və Ukraynanın maraqları naminə istifadəsinə qadağa qoyulan An-124 Ruslan təyyarəsinin taleyi ilə bağlı federal məhkəmə qərar verə bilər.
Daha əvvəl məlum olub ki, Kiyev vəd edilmiş zirehli texnika təchizatının olmaması səbəbindən Kanadadan inciyib. Ottava Baş nazir Castin Trüdonun vəd etdiyi 50 yüngül zirehli LAV və tibbi evakuasiya avadanlığından heç birini çatdırmayıb.
Havar Şəfiyeva






