Corc Soros: “Avropadakı miqrant problemini Putin yaradıb ki, öz məqsədlərinə nail olsun”
Rusiya beynəlxalq aləmdə elə fikir formalaşdırmağa çalışır ki, guya bu sanksiyalar ölkənin iqtisadiyyatına təsir etmir və əksinə dinamik inkişaf edir. Ancaq ekspertlər belə düşünmür. Onlar hesab edir ki, Kreml bunu etiraf etməsə də vəziyyətin mürəkkəbliyini anlayır. Sadəcə onların çıxışları daxili auditoriyanı fikrini yayındırmağa yönəlib və bu məqsədlə də müxtəlif bəyanatlarla çıxış edir və beynəlxalq aləmi təhdid altında saxlamağa səy göstərir. Ancaq bu da uzun müddət effekt verə bilməz. Çünki belə təhdidlərin arxasında iqtisadi rıçaqlar olmalıdır. Hansı ki, Kremlin iqtisadi gücü günü-gündən sürətlə zəifləyir. Sadəcə bunu etirf edib vəziyyətdən çıxış yolunu tapa bilmir.

Beynəlxalq aləm də bu fikirdədir. Die Welt mətbu orqanında Hermitage Capital Management investisiya şirkətinin qurucusu Bill Brauderin yazdığına görə, Rusiya əgər qarşıdakı qısa müddətdə Qərbin sanksiyalarının aradan qaldırılmasına nail olmazsa və proses belə davam edərsə 18 aydan sonra “quyunun dibinə düşmüş” vəziyyətdə olacaq: “Rusiya bu gün neftin qiymətinin aşağı düşməsindən və şirkətlərindəki aktivlərin qiymətinin ucuzlaşması hesabına çox kritik günlərini yaşamaqdadır. Nəticədə Rusiyanın gəlirləri, o cümlədən valyuta ehtiyatları tükənməkdədir.”
Müşahidəçilər hesab edir ki, neftin qiyməti 70 dollar civarında olmalıdır ki, Rusiyanın bu vəziyyətdən çıxsın və iqtisadi vəziyyətini stabilləşdirsin. Ancaq indiki vəziyyətdə bu mümkün deyil. Neftin qiyməti nəzərdə tutulandan iki dəfə ucuzdur. O baxımdan Rusiyanın vəziyyəti olduqca ciddir.

Brauder əlavə edib ki, son ilyarımda Rusiya öz 600 mlrd dollarlıq valyuta etiyatının 3/2-ni xərclədi. Hazırda onun 200 mlrd.dollar valyuta ehtiyatı qalıb ki, bu da belə bir ölkə üçün çox azdır.
Brauderin fikrincə, Putin yaxın gələcəkdə Qərblə diplomatik uğurlar əldə edə biməyəcəyi təqdirdə, onun bu tok-şouları 2017-dən o tərəfə keçməyəcək.
Hətta Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin də bəyan edib ki, ölkədə sosial vəziyyəti nəzartə altında saxlamaq üçün bizim qarşıda maksimum iki ilimiz var. “Biz bu müddət ərzində böhradan çıxış yolu tapa bilməsək, o zaman biz çox böyük dilemmalar qarşısında qalmış olacağıq”, – deyə sabiq nazir vurğulayıb.

Corc Soros isə deyib ki, Putin yaranmış vəziyyətdən çıxmaq üçün daha təhlükəli oyunlara əl atmaqdadır. C.Soros Putinin Suriyadakı müharibəyə aktiv müdaxiləsini məhz bununla izah edir. Belə ki, Putin Rusiya qırıcılarının və gəmilərinin Suriyada çoxsaylı bombardman əməliyyatını həyata keçirməklə dolayısı yolla Avropada sabitliyi pozmağa çalışır. Yəni bu bombardmanlar məqsədyönlü şəkildə Rusiya tərəfindən həyata keçrilir ki, Avropaya daha çox miqrant köçü axsın. Miqrant köçünü axması isə Avropada ciddi böhrana səbəb olub. Putin bu yolla Avropada böhran yaratmaqla Avropa İttifaqını dağıtmağa çalışır. Bu yolla Putin Qərblə oynayır”, deyə C. Soros qeyd edib.

Brauder isə hesab edir ki, Putin Suriya faktorundan istifadə edərək düşdüyü izolyasiyadan çıxmağa çalışır. “O bu yolla Avropanı güzəştə gedərək, həm beynəlxalq izolyasiyadan çıxmaq, həm külli miqdarda kapital əldə etmək istəyir”, -Brauder qeyd edib.




