"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyanın 3 istiqamətdə hücumu olarsa… – İşğal planı

22 Noyabr 2021 - 18:29
in FLƏŞ

Rusiya Ukraynaya hücum edəcəkmi? Bu sual Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov müsahibəsindən sonra aktuallaşıb. Budanov deyib ki, sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisinin hücumun necə həyata keçiriləcəyi mexanizmi haqda açıqlamasına toxunub:

“Budanov bildirib ki, Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq, Belarus sərhədindən də kiçik qüvvə ilə hücum başlayacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq.

Budanovun sözlərinə görə, hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək.

Kiril Budanov sıradan bir şəxs deyil. Ona görə onun müharibə xəbərdarlığını diqqətə almamaq olmur. Kreml Ukraynanın Donbası nəzarətə almaq planlarından narahatdır. Görünür, Rusiya kəşfiyyatı Kiyevin planları barədə Ukrayna ordusundakı və xüsusi xidmət orqanlarındakı xəfiyyələri vasitəsilə xəbərdar olub. Həqiqətən Ukrayna ona görə modern silahlar alır ki, ərazi bütövlüyünü təmin edə bilsin.

Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayır. Bu, Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa, Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı “vətəndaşlarını” qoruyacaq. Ancaq Budanovun açıqlamasından o da aydın olur ki, Rusiya Donbası işğal etməklə kifayətlənməyəcək, ilkin mərhələdə Mariupol və Odessanı da ələ keçirəcək”.

Politoloqun fikrincə, bu ssenari mümkündür:

“Ümumiyyətlə Kremlin 2014-cü ildəki planı beləydi: Krımın ilhaqından sonra Donbasdakı separatçı hərəkat Ukraynanın içərilərinə doğru inkişaf etməli, Mariupol, Odessa, Xarkov, Nikolayev, Dnepr, Xerson kimi şəhərlər Kiyevin nəzarətindən çıxarılmalı idi. Bu plan “Novorossiya” adlanırdı. Kreml Ukraynanı parçalamaq istəyirdi. Moskva “Kiyevdən şərqə bizim, Kiyev və qərb bölgələri sizin” prinsipindən çıxış edirdi. O zaman bu plan alınmadı və Kreml Krım, o cümlədən Donetsk və Luqanskla kifayətlənməli oldu. Mariupol və Odessa da az qala əldən çıxırdı, ancaq Ukraynada ordunun dağılması fonunda milli qüvvələr müqavimət göstərərək ölkələrinin tam parçalanmasının qarşısını aldılar.

Buna baxmayaraq, Rusiya bu gün də Ukraynanı parçalamaq planından imtina etməyib. Maripuol və Odessa strateji liman şəhərləridir. Digər tərəfdən bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı da kifayət qədərdir. Ona görə Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı, yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zelenskinin ofisinin rəhbəri Rusiya agentidir – Moskal

Next Post

Akardan Yunanıstana xəbərdarlıq

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post
Akardan Yunanıstana xəbərdarlıq

Akardan Yunanıstana xəbərdarlıq

Bakı Drift Kuboku turniri keçirilib (FOTO)

Bakı Drift Kuboku turniri keçirilib (FOTO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.